...

M.Maqomayev adına musiqi məktəbi konsert təqdim edib (FOTO)

Mədəniyyət Materials 1 İyun 2016 14:36 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin M.Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbi 28 may - Respublika gününə həsr olunmuş konsert keçirib.
M.Maqomayev adına musiqi məktəbi konsert təqdim edib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin M.Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbi 28 may - Respublika gününə həsr olunmuş konsert keçirib. İdarədən Trend-ə verilən məlumata görə, konsertdə istedadlı şagirdlərin ifasında C.Cahangirov, E.Sabitoğlu, T.Quliyev, A.Zeynallı, A.Çaykin, S.Abreu, A.Vivaldi, R.Bom kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Bakı uşaq musiqi və incəsənət məktəblərinin direktorları və başqaları iştirak ediblər. Konsertdə Respublika və Beynəlxalq müsabiqələr laureatları olan şagirdlər öz bacarıqlarını müxtəlif musiqi alətlərində uğurla nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti