...

“Parlaq Zəka”da məktəblilərarası ikinci çempionatın seçim turları yekunlaşdı (FOTO)

Mədəniyyət Materials 7 İyun 2016 17:28 (UTC +04:00)
“Azərbaycan” İntellektual Oyunlar Klubu , Azərbaycan Prezidenti yanında Gənclər Fondu və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə “Parlaq Zəka” intellektual çempionat layihəsinin icrasına başlayıb.
“Parlaq Zəka”da məktəblilərarası ikinci çempionatın seçim turları yekunlaşdı (FOTO)

Bakı. Trend:

"Azərbaycan" İntellektual Oyunlar Klubu , Azərbaycan Prezidenti yanında Gənclər Fondu və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə "Parlaq Zəka" intellektual çempionat layihəsinin icrasına başlayıb. Trend-in məlumatına görə, AzGF-un 8-ci qrant müsabiqəsinin qalibi olan layihənin seçim turları Bakı şəhərinin Yasamal, Nəsimi və Pirallahı, Binəqədi, Qaradağ, Səbail, Xətai, Nərimanov rayon məktəbləri arasında keçirilib. Rayon mərhələsinin qalibləri arasında seçim turu isə iyun ayında keçiriləcək.

Xətai rayonundan Zəkalar liseyi, Nəsimi rayonundan 16 saylı məktəb, Yasamal rayonundan Zərifə Əliyeva adına Lisey, Binəqədi rayonundan 299 saylı və Pirallahı rayonundan 168 saylı,Səbail rayonundan 49 nömrəli məktəb,Nərimanov rayonundan 291 nömrəli Ekologiya liseyi, Qaradağ rayonundan 320 nömrəli məktəblər finala vəsiqə qazanıblar.

Qeyd edək ki, layihənin final turu zamanı Bakının 8 rayonunu əhatə edən qalib məktəblər arasında keçirilərək qalib müəyyən olacaq. Oyun humanitar-ictimai profil üzrə tarix, ədəbiyyat, mədəniyyət, incəsənət üzrə bilikləri əhatə edir.

İnformasiya dəstəyi - Trend.az, Day.az və Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti