...

Rusiya Ukraynanın əvəzinə "Eurovision 2017"ni keçirmək istəyir

Mədəniyyət Materials 30 İyun 2016 14:25 (UTC +04:00)
Ukrayna "Eurovision 2017"dən imtina etsə, Rusiya öz ərazisində mahnı müsabiqəsini keçirməyə hazırdır.
Rusiya Ukraynanın əvəzinə "Eurovision 2017"ni keçirmək istəyir

Bakı. Elçin Hüseynov - Trend:

Ukrayna "Eurovision 2017"dən imtina etsə, Rusiya öz ərazisində mahnı müsabiqəsini keçirməyə hazırdır. Trend "Govorit Moskva" radiostansiyasına istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının büdcə və vergi komitəsinin üzvü Yevgeni Fyodorov bildirib.

Ukraynanın mədəniyyət naziri Yevgeni Nuşyuk deyib ki, hazırda Ukraynada "Eurovision" keçirməyə məkan yoxdur. O qeyd edib ki, ölkə böyük həcmdə tamaşaçıları toplayan qapalı arenaya sahib deyil.

Xatırladaq ki, "Eurovision 2017" mahnı müsabiqəsini keçirmək üçün Ukrayna şəhərləri arasında hazırda müsabiqə keçirilir. Artıq Odessa, Xerson, Kiyev, Dnepr, Lvov və digər şəhərlər müsabiqəni qəbul etməyə hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, bu ilki "Eurovision" müsabiqəsində Ukrayna təmsilçisi Camala qalib olub. Rusiya təmsilçisi Sergey Lazarev səsvermə nəticəsində 3-cü yerə layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti