...

Türkiyənin tanınmış aktyoru vəfat edib

Mədəniyyət Materials 31 Mart 2017 17:22 (UTC +04:00)
Halit Akçatepe 79 yaşında İstanbulda dünyasını dəyişib.
Türkiyənin tanınmış aktyoru vəfat edib

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin tanınmış aktyoru Halit Akçatepe 79 yaşında İstanbulda dünyasını dəyişib.

Trend-in məlumatına görə, H.Akçatepe 1972-ci ildə "Tatlı dillim" filmi ilə şöhrət qazanıb. Lakin 1975-ci ildə "Hababam sinfi" filmindəki "Güdük Necmi" obrazı ilə türk kinosuna möhürünü vurub.

Aktyor ümumilikdə yüzdən çox filmdə rol alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti