...

Mədəniyyət və Turizm Baş İdarəsindən YENİ TƏYİNAT

Mədəniyyət Materials 2 Aprel 2018 11:58 (UTC +04:00)
Qızıldaş qəsəbə Mədəniyyət evinə yeni təyinat olub.
Mədəniyyət və Turizm Baş İdarəsindən YENİ TƏYİNAT

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən yenidən tikilmiş və açılışı nəzərdə tutulan Qızıldaş qəsəbə Mədəniyyət evinə yeni təyinat olub.

Trend-in məlumatına görə, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əmrinə əsaslanaraq şəbəkəsinə daxil olan Qızıldaş qəsəbə Mədəniyyət evinin direktoru vəzifəsinə Məmmədov İlham Elxan oğlu təyin olunub.

Qeyd edək ki, təyinatlar mədəniyyət ocaqlarında yeni iş sisteminin qurulması və gücləndirilməsi üçün həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti