...

Beynəlxalq film festivalında jüri qismində iştirak etmək üçün yeniyetmələr arasında seçim elan edilib

Mədəniyyət Materials 10 Aprel 2018 21:28 (UTC +04:00)
Festivalda jüri qismində iştirak etmək üçün 13+, 16+, 18+ yaşlarında 3 nəfər məktəbli və yeniyetmədən ibarət qrupa seçimləri elan edir.
Beynəlxalq film festivalında jüri qismində iştirak etmək üçün yeniyetmələr arasında seçim elan edilib

Bakı. Trend:

"Giffoni" Beynəlxalq Festivalının (Giffoni İnternational Film Festival) rəsmi tərəfdaşı olan “Narimanfilm” kinostudiyası Festivalda jüri qismində iştirak etmək üçün 13+, 16+, 18+ yaşlarında 3 nəfər məktəbli və yeniyetmədən ibarət qrupa seçimləri elan edir.

“Giffoni İnternational Film Festival” yarım əsrdən artıqdır ki, davam edən və jüri heyəti dünyanın müxtəlif ölkələrini təmsil edən uşaqlardan ibarət olan unikal bir kino festivalıdır. Bu il festival məktəblilərin yay tətili günlərində - 20-28 iyul tarixlərində baş tutacaq. Dünyanın müxtəlif ölkələrindən 3000-ə yaxın uşaq 100-dən artıq filmə baxaraq (filmlər ingilis dilində nümayiş olunur) onlara qiymət verəcəklər. Uşaqlar hər nümayişdən sonra öz həmyaşıdları ilə filmi müzakirə edəcək və sonda qalibləri müəyyən edəcəklər. Bundan başqa, festival müddətində müxtəlif treninqlər və seminarlar təşkil olunacaq. Bu semainarlarda məktəblilər peşəkar rejissorlar, aktyorlar, kino sahəsinin digər peşəkarları, eyni zamanda, dünyanın müxtəlif ölkələrindən olan yaşıdları ilə fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər. Bu uşaqların dünya görüşünü artırmaları, multikultural mühiti hiss etmələri, dünyanın hər bir yerindən olan həmyaşədlarıyla tanış olmaları və kinoya, sənayeyə maraqlarını artırmaq üçün əla imkan olacaqdır.

Festival İtaliyanın cənubunda Tirren dənizinin sahilində yerləşən Salerno şəhərində keçirilir. Festival ərzində, film nümayişlərindən əlavə, müxtəlif yaşlı uşaqlara maraqlı olacaq, geniş mədəniyyət proqramı da nəzərdə tutulub.

Festival ərzində uşaqlar öz yaşıdları ilə italyan ailələrində yaşayacaqlar. Yaxşı ingilis və ya italyan dillərini bilmək mütləq şərtdir.

Əlaqə:

“Nərimanfilm” kinostudiyası

Ünvan: Ziya Bünyadov, 65, Bakı, Nərimanov

Telefon: + 994 12 491 63 79

E-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti