...

Bakıda kitabxanaların əməkdaşlığı genişlənir (FOTO)

Mədəniyyət Materials 16 İyul 2018 20:46 (UTC +04:00)

Bakı. Trend:

İyulun 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-nin mütəxəssisləri ADA Univerisiteti Kitabxanasının iş təcrübəsi ilə tanış olublar.

Trend-in məlumatına görə, kitabxananın direktoru texnika üzrə fəlsəfə doktoru Elçin Məmmədov gələn kitabxanaçılara rəhbərlik etdiyi kitabxana haqqında maraqlı və ətraflı məlumat verib.

ADA Universitetinin Kitabxanası müasir texnologiyalar infrastrukturuna malikdir. Bu kitabxana ABŞ-ın Konqres Kitabxanası və Amerika Kitabxana Assosiasiyasının standartları bazasında fəaliyyət göstərir. Burada bütün informasiya proseslərinin avtomatlaşdırılması və inteqrasiyasını dəstəkləyən "Millennium" Kitabxana Menecment Sistemi (həmçinin: inteqrasiya olunmuş kitabxana sistemi, Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi) tətbiq edilir.

Hazırda kitabxananın əsas fondunu ingilis, Azərbaycan, rus və s. dillərdə olan 44 min 600 nüsxə çap/fiziki resurslar təşkil edir, burada 37 adda çap dövri mətbuat fondu da mövcuddur.

Oxuculara 500 mindən çox elektron kitablardan, müxtəlif tammətnli elmi dövri mətbuat bazalarından istifadə təqdim edilir. Kitabxanada bütün resursların inventarlaşdırılması və təhlükəsizliyinin qorunması üçün RFID texnologiyasından istifadə edilir. Kitabxanada eyni zamanda istifadəçilərin ixtiyarına 40 ədəd kompüter təqdim edilir.

Onlayn Elektron Jurnalların Verilənlər Bazası 46 adda 38.207 dövri mətbuatı əhatə edir. Burada 82 adda elektron dərslik var. ADA Kitabxanası dərs sessiyaları zamanı həftədə 68 saat, yay tətilləri zamanı isə həftədə 45 saat açıqdır.

Görüş zamanı kitab mübadiləsi və əməkdaşlıq haqqında ADA Universiteti Kitabxanası və Yasamal rayon MKS-i arasında ilkin razılıq əldə edilib.

Yasamal rayon MKS-inin kitabxanaçıları ADA Universiteti Kitabxanasının toplu kataloqda yerləşən kitab təsvirlərindən istifadə edə bilirlər.

ADA Universteti Kitabxanasına Yasamal rayon Mərkəzi Kitabxanası tərəfindən «Культура и культурные шедевры Азербайджана-уникальное послание будущим поколениям», “Gənclər -İnnovasiyalar-Kitabxanalar” - Azərbaycan-Rusiya elmi-praktiki konfransının materialları” («Молодежь-Инновации-Библиотеки» материалы азербайджанско-российской Научно-практической конференции) kitablar hədiyyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti