...

Rusiya telekanalı Qəbələ beynəlxalq musiqi festivalından reportaj hazırlayıb (VİDEO)

Mədəniyyət Materials 6 Avqust 2018 16:21 (UTC +04:00)
Rusiyanın “Rossiya-24” telekanalında Qəbələdə keçirilən 10-cu beynəlxalq musiqi festivalına həsr olunmuş reportaj təqdim olunub
Rusiya telekanalı Qəbələ beynəlxalq musiqi festivalından reportaj hazırlayıb (VİDEO)

Bakı. Trend:

Rusiyanın “Rossiya-24” telekanalında Qəbələdə keçirilən 10-cu beynəlxalq musiqi festivalına həsr olunmuş reportaj təqdim olunub.

Trend-in məlumatına görə, telekanalın saytında “Qəbələdə onuncu musiqi festivalı: musiqi sərhədləri və məsafələri silir” adlı reportaj yerləşdirilib.

Reportajda qeyd olunur ki, Qəbələdə artıq bir neçə gündür ki, Kuba salsası, İspaniya flamenkosu, Gürcüstan cazı və klassik musiqi səslənir. Eyni səhnədə gənc qruplarla yanaşı adlı-sanlı musiqiçilər çıxış edir:

"Artıq onuncu ildir ki, bütün dünyadan olan musiqiçilər, adlı-sanlı xadimlər və gənc kollektivlər, instrumentalçılar və vokalçılar, dirijorlar Azərbaycanın bu dağlıq kurortunu böyük bir konsert zalına çevirir".

Bundan başqa, reportajda qeyd olunur ki, hər çıxışdan əvvəl bəstəkarlar və onların əsərləri barədə kiçik mühazirələr keçirilir. Festival kommersiya xarakteri daşımır, ona görə də bütün konsertlərə giriş pulsuzdur.

Qeyd edək ki, Heydər Əliyev Fondu və "Gilan Holdinq" tərəfindən təşkil olunan onuncu Qəbələ beynəlxalq musiqi festivalı iyulun 30-dan avqustun 7-ə kimi keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti