...

"Park Cinema"da Azərbaycan Filmləri Festivalı başlayıb (FOTO)

Mədəniyyət Materials 16 Avqust 2018 20:40 (UTC +04:00)
Bu gündən etibarən "Park Cinema"da Azərbaycan Filmləri Festivalı başlayıb.
"Park Cinema"da Azərbaycan Filmləri Festivalı başlayıb (FOTO)

Bakı. Trend:

Bu gündən etibarən "Park Cinema"da Azərbaycan Filmləri Festivalı başlayıb.

Trend-in məlumatına görə, festival çərçivəsində 16-23 avqust tarixlərində Park Cinema Metropark filialında bu və ötən ilin ən uğurlu filmləri yenidən nümayiş olunacaq. Festivalda iştirak edirlər:

"Qızqaçırtma" - Rüfət Şahbazovun çəkdiyi bir komediya filmi.

Film qızını ərə vermək istəyən imkanlı şəxsin qızına aşıq olan Gündüzdən bəhs edir. Gündüz “Qızqaçırtma” agentlyinin olduğundan xəbər tutur və sevdiyini qaçırtmaq üçün onlara müraciət etmək qərarına gəlir. Uzun səylərdən sonra onlar qızı qaçırırlar, lakin qaçırılan qız Gündüzün sevdiyi qız yox, onun əkiz bacısı olur...

Filmin qəhrəmanları - Fərda Amin, Sevinc Səfərova, Sevil Səfərova, Məsumə Məmmədova, Elşən Hacıbabayev və başqaları.

"Bəxt Üzüyü 2", məşhur yazıçı-dramaturq Vaqif Səmədoğlunun hekayəsi əsasında 1991-ci ildə çəkilən Ramiz Əzizbəyli "Bəxt üzüyü" adlı məşhur filmin davamı olan bir komediya filmidir.

Rejissor – Ənvər Mansurov.

İlk “Bəxt Üzüyünün” baş qəhrəmanlarının həyatında 27 il ərzində çox şey dəyişməyib. Moşu şeirlərini yazmaqda davam edir, Söylü də ən birinci ev işlərini görür, sonra da Xoşu başda olmaqla uşaqları ilə məşğuldur. Rasim də bərkgedən biznesmen olaraq qalır. Gözlənilmədən vəziyyət dəyişir. Rasimin qızı Dəniz yenicə münasibət qurduğu adaxlısı ilə atasıgilə qonaq gəlir. Eyni zamanda Söylünün kiçik qardaşı Fedot da Rusiyadan qayıdır və gözəl Dəniz xanımın ətrafında öz planlarını qurmağa çalışır.

Filmin baş rollarında - Afaq Bəşirqızı, Valeh Kərimov, Tahir İmanov, Cabir İmanov, Rafael Dadaşov, Duyğu Dəvəli, Fariz İlyasov, Firəngiz Rəhimbəyli, Emil Musayev, Arif Quliyev və Bəhram Bağırzadə.

«İkinci Pərdə» - istedadlı rejissor Emil Quliyevin müasir cəmiyyətin acı həqiqətlərini üzə çıxaran sosial drama janrında çəkilmiş filmidir. 2016-cı ilin aprel ayında ekranlara çıxan filmin birinci hissəsi böyük rezonans doğurduğundan, ikinci hissə bütün Azərbaycan izləyiciləri tərəfindən səbirsizliklə gözlənilirdi. Bu gözləntilər özünü doğrultdu: ikinci hissə izləyicilərdə daha böyük məmnunluq hissi doğurdu.

Filmin baş qəhrəmanlarının biri çox çətin bir vəziyyət qarşısındadır – bütün dostlarının və öncəliklə özünün həytını dəyişəcək sirrin üstünü açmalıdırmı? Dostun ailəsini dağıtmalı, yoxsa yalan üzərində qurulmuş firavanlığı saxlamıdırmı? Filmin süjeti məzh bu dilemma ətrafında cərəyan edir.

Filmin baş rollarında – Hikmət Rəhimov, Günay Əhməd, Qorqud Cəfər, Elşən Əsgərov, Rövşən Ağayev, Elşən Hacıbalayev, Gülnarə Abdullayeva və hələ ilk hissədən tanıdığımız istehdadlı aktyorlar - Azər Aydəmir, Zaur Şəfiyev, Tural Əhməd.

"Ağ Tük" də Elmir Süleymanovun çəkdiyi daha bir komediya filmidir.

Keçmişlərində kiçik fırıldaqçılıq, xuliqanlıq, və oğurluqla məşğul olan Asiman və İsabala artıq doğru yola üz tutub, 3 ildir ki bir yerdə meyidyuyan (mürdəşir) işləyirlər. Lakin, həyat onları daha bir böyük sınağdan keçirir və qəhrəmanlarımızı vacib bir seçim qarşısında qoyur – yeni bir fırıldaq, yoxsa seçdikləri düzgün yol.

Baş rollarda tanınmış komediya aktyorları – Fərda Amin və Müşviq Şahverdiyev.

"Don Marleone" adlı film isə kriminal janrda çəkilib.

Film naməlum şəxslər tərəfindən öldürülən atasının cinayətini araşdıran və cinayətkarları tapmağa çalışan gəncin başına gələn hadisələrdən bəhs edir.

Rejissor Cəbray Hacıyevdir. Filmin baş rollarında isə Rüstəm Cəbrayilov, Natəvan Əfəndiyeva, Vüsal Hacı Qədir, Əlibəy Məmmədli, Sain Fərhad, Murad Abdullayev, Nofel Şahlaroğlu, Rövşən Məmmədli, Vadim Musayev, Ayşad Məmmədov, Azər Aydemir, Yaqub Zeynalov, Mahir Dərviş, Zarina Qurbanova, Bəhram Bağırzadə, Etibar İsayev, İsmayıl Kərimov və diqərləri çəkiliblər.

"Mən Klounam" - iki nəfərin platonik məhəbbətindən bəhs edən drama janrında çəkilmiş bir filmdir.

Filmin rejissorluğu Samir Qulamova məxsusdur.

Filmdə Şəhriyar Əbilov, Aynur Abilova, Rəşad Kəsəmənli, Əjdər Zeynalov, Fərda Xudaverdiyev, Sevinc Əliyeva və diqər istedadlı aktyorlar çəkiliblər.

"Aşka Geldik" Azərbaycan və Türkiyənin birgə istehsalı olan bir komediya filmidir.

Metin Yildiz, Şener Kökkaya və başqa Türk aktyorları ilə yanaşı, filmdə bizim istedadlı komediya aktyorumuz - Ferda Amin çəkilib.

Bütün filmlər artıq Park Cinema Metropark-da mövcuddur.

Bunu da qeyd edək ki, biletlər də simvolik qiymətə - 2AZN dəyərində satılır. Və siz onları həm kinoteatrın kassalarında, həm də rəsmi sayta keçərək əldə edə bilərsiniz: http://parkcinema.az/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti