...

“X-Files” serialında oynayan aktyor vəfat edib

Mədəniyyət Materials 16 Sentyabr 2018 11:15 (UTC +04:00)
“X-Files” serialında əsas qəhrəmanlardan biri Foks Malderin atası oynayan aktoyr Piter Donat vəfat edib
“X-Files” serialında oynayan aktyor vəfat edib

Bakı. Tural Turan - Trend:

“X-Files” serialında əsas qəhrəmanlardan biri Foks Malderin atası oynayan 91 yaşlı aktyor Piter Donat Kaliforniyada evində vəfat edib. Trend-in məlumatına görə, aktyor diabet xəstələyindən əziyyət çəkirdi.

“X-Files” serialında Donat 6 epizodda oynayıb. O, həmçinin “Mission: Impossible”, “The Godfather-2” filmlərində də rol oynayıb.

Xatırladaq ki, “X-Files” serialı 1993-cü ildən 2002-ci ilə qədər efirdə idi. 2016 və 2018-ci illərdə serialın 10-cu və 11-cü mövsümləri efirə çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti