...

Dövlət Müstəqilliyi Gününə həsr edilmiş tədbir keçirilib (FOTO)

Mədəniyyət Materials 20 Oktyabr 2018 06:49 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə N saylı hərbi hissədə 18 oktyabr- Dövlət Müstəqilliyi Gününün 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Dövlət Müstəqilliyi Gününə  həsr edilmiş tədbir keçirilib (FOTO)

Bakı. Tural Turan - Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə N saylı hərbi hissədə 18 oktyabr- Dövlət Müstəqilliyi Gününün 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirin əvvəlində aparıcı Humay Muxtarova əsgərlər qarşısında çıxış edərək bu günün tarixi əhəmiyyətindən danışıb.

Müğənni Elnur Məmmədov şən mahnılardan ibarət konsert proqramı ilə çıxış edib. Onun vətənpərvərlik ruhunda olan ifaları əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb.

Sonda alayın rəhbərliyi keçirilən tədbirə görə təşkilatçılara təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti