...

İsrailin bir sıra şəhərlərində “Nəsimi - 650” festivalı keçiriləcək (FOTO)

Mədəniyyət Materials 12 Aprel 2019 14:15 (UTC +04:00)
İsrailin bir sıra şəhərlərində “Nəsimi - 650” festivalı keçiriləcək.
İsrailin bir sıra şəhərlərində “Nəsimi - 650” festivalı keçiriləcək (FOTO)

Bakı. Trend:

“Azİz” İsrail-Azərbaycan beynəlxalq assosiasiyası İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar bu ilin mayında İsrailin bir sıra şəhərlərində “Nəsimi - 650” festivalı təşkil edəcək.

Trend bu barədə Assosiasiyaya istinadən məlumat verir.

Festival proqramının əsas hadisəsi poeziya müsabiqəsi olacaq. Müsabiqədə doğulduğu ölkədən, dilindən və şeirin mövzusundan asılı olmayaraq hər kəs iştirak edə bilər. Daha ətraflı məlumatı “Azİz”in saytından əldə etmək olar.

Birinci turda oxucularımız ən yaxşı şairləri açıq səsvermə yolu ilə seçəcək, ikinci turda isə "Maqsud İbrahimbəyov" yaradıcılıq mərkəzinin direktoru Anna İbrahimbəyovanın rəhbərliyi ilə beynəlxalq münsiflər heyəti qalibləri müəyyənləşdirəcək. Qalibləri qiymətli mükafatlar gözləyir: Bakıya səyahət və planşetlər.

“Nəsimi - 650” poeziya müsabiqəsində iştirak edən şeirlərə səs verməyi arzulayanlar bu keçiddən istifadə edə bilərlər: “Nəsimi - 650” poeziya müsabiqəsinin iştirakçıları

Poeziya müsabiqəsi ilə yanaşı, festival çərçivəsində Maqsud İbrahimbəyovun sonuncu kitabı “Cəhənnəm soyudu” əsəri təqdim olunacaq.

Bundan başqa, festival zamanı “İmmolatio” pyesinin müəllifləri – çexiyalı şairə Leyla Cəfərova Beqim və İsrail kinematoqrafçısı Yefim Abramovla görüş keçiriləcək. Pyes iki böyük etirazçı – azərbaycanlı İmadəddin Nəsimi və çex Yan Qusun talelərinin mistik oxşarlığına həsr olunub.

Festival çərçivəsində, həmçinin “Azərbaycanın 7+7 möcüzəsi” fotosərgisi keçiriləcək.

Bütün arzu edənləri “Nəsimi-650” festivalında iştirak etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti