...

Bakı Xoreoqrafiya Akademiyasında dərslər onlayn şəkildə keçirilir

Mədəniyyət Materials 16 Mart 2020 15:50 (UTC +04:00)
Bakı Xoreoqrafiya Akademiyasında dərslər onlayn şəkildə keçirilir

Bakı. Trend:

Bakı Xoreoqrafiya Akademiyasında bütün pillələr üzrə dərslər onlayn şəkildə davam etdirilir.

Təhsilalanların müxtəlif fənlər üzrə nəzərdə tutulan proqramdan geri qalmaması üçün akademiyanın bütün təhsil pillələrində nəzəri fənlərin mühazirələri və istinad mənbələri üzrə elektron keçidlər onların elektron ünvanlarına göndərilir, ixtisas fənləri isə, məsələn, klassik və milli rəqs fənləri “skype” və “whatsapp” proqramları vasitəsilə onlayn videodərslər şəklində keçirilir.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumiyyətlə, keçirilən dərslərin keyfiyyətini təmin etmək üçün dərslərdən əlavə əvvəlcədən müəyyənləşdirilən vaxtda məsləhət saatları və interaktiv videogörüşlər təşkil olunur.

Qeyd edək ki, Nazirlər Kabinetinin Sərəncamına əsasən, yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci il martın 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti