“Vikipediya”nın özbək dili bölməsində Ağdam haqqında məqalə əsaslı redaktə olunub (FOTO)

“Vikipediya”nın özbək dili bölməsində Ağdam haqqında məqalə əsaslı redaktə olunub (FOTO)

Bakı. Trend:

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “viki” könüllüləri tərəfindən növbəti təqdirəlayiq addım atıblar. Könüllülər Ermənistan işğalından azad olunan Ağdam rayonu haqqında məqaləni özbək dili bölməsində əsaslı redaktə ediblər.

Trend-in məlumatına görə, məqalədə 27 il Ermənistan işğalı altında qalan və ərazisinə görə Azərbaycan Respublikasının ən böyük rayonlarından olan Ağdamın tarixinə, onun adının toponiminə nəzər salınır, qeyd olunur ki, XVIII əsrin birinci yarısında Azərbaycanın Qarabağ xanı - Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ mərkəzə çevrilib və sonralar günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev - "Ağdam" adlanıb.

Vurğulanır ki, əslində Ağdamın tarixi çox qədim dövrlərə təsadüf edir, rayon ərazisi qədim yaşayış məskənlərindən biridir və burada “Leylatəpə” və “Üzərliktəpə” adlanan ərazidə arxeoloji qazıntılar nəticəsində qədim dövrə gedib çıxan Eneolit ​​və Orta Tunc dövrünə aid yaşayış məskənləri tapılıb.

Məqalədə erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı, 15 şərab, 1 şampan zavodu, 10 istirahət mərkəzi, Qarabağın ən böyük musiqi məktəblərinin yerləşdiyi qeyd olunur.

Yaradılmış məqalə Ağdam rayonu ərazisində rayon məscidi və Şahbulaq qalası istisna olmaqla digər abidələrin, hətta bütün tikililərin, evlərin işğaldan sonra Ermənistan ordusu tərəfindən tamamilə dağıdıldığı, məhv edildiyi vurğulanır. Bir çox xarici jurnalistlərin Ağdam şəhərini gördükdən sonra onu "Qafqazın Xirosiması", yaxud "Ruhlar şəhəri" adlandırdığı, əslində isə Ermənistan işğalından öncə Ağdamın Qafqazın ən inkişaf etmiş və gözəl şəhərlərindən biri olduğu məlumatlarda öz əksini tapır.

Məqalədə 23 noyabr tarixində ilk dəfə olaraq Ermənistan işğalından azad edilən Ağdam rayonuna Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın səfər etməsi, rayon ərazisindəki yeganə dağıdılmamış tikili, tarixi abidə Ağdam məscidini ziyarət etmələri və Azərbaycan bayrağı qaldırılması xəbəri də öz əksini tapıb.

Ağdamın tarixi, əhalisi, iqtisadiyyatı, təhsil ocaqları, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri, milli qəhrəmanları haqqında məlumatların yer aldığı bölmədə dünən Ermənistan işğalından azad olunan tarixi qala – Şahbulaq qalası haqqında da məlumatlar yer alır. Şahbulaq qalasının Azərbaycanın Qarabağ xanı Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirildiyi, onun adının burada yerləşən gursulu bulaqın adından götürüldüyü və bu qəsrin xanın iqamətgahı olduğu yazılır. Qeyd olunur ki, Ermənistan ordusu tərəfindən bu ərazilərin zəbt olunması zamanı qalanın dağıdılmamasının əsas səbəbinin onun guya “erməni irsinə aid olması” və tarixinin saxtalaşdırılmasıdır.

Məlumatlar arasında rayonu Azərbaycan çempionatında təmsil edən peşəkar futbol klubu, dünya şöhrətli "Qarabağ" komandası haqqında faktlar öz əksini tapıb. 1993-ci ilin 23 iyul tarixinə gədər futbol klubunun ev oyunlarını Ağdam şəhərindəki “İmarət” Stadionunda keçirdiyi və sonradan erməni işğalı ilə əlaqədar bir müddət Quzanlı qəsəbəsi, daha sonra isə paytaxt Bakı şəhərindəki stadionlarda keçirildiyi yazılır. Qarabağ futbol komandasının tarixində 7 dəfə Azərbaycan Premyer Liqasının Çempionu olmuş, ilk dəfə Qarabağ 1993-cü ildə Azərbaycanın ən güclüsü olmuşdur. 2017-2018-ci il mövsümündə isə “Qarabağ”ın Çempionlar Liqasında daha fəal çıxış etdiyi, qrup mərhələsinə yüksəldiyi qeyd olunur. Qrup mərhələsində Çelsi, Atletiko Madrid və Roma kimi Avropa nəhəngləri ilə qarşılaşan komanda Çempionlar liqasının qrup mərhələsində xal qazanmış ilk Azərbaycan klubu kimi tarixə düşdüyü qeyd olunur.

Azərbaycanda “Qarabağ” futbol klubuna böyük sevgi və hörmətin olduğu məlumatlarda öz əksini tapır, vurğulanır ki, komanda sadəcə peşəkar futbol klubu deyil, o, Azərbaycan xalqının əzmkarlıq və qətiyyətinin rəmzi, hər bir ağdamlının, qarabağlının, Azərbaycanlının qürurun və ədalətin bərpa olunacağına ümidinin təcəssümüdür. İşğaldan yenicə azad olunan Ağdamın gələcəkdə bərpasından sonra “Qarabağ” futbol klubunun yenidən öz ev matçlarını tarixi şəhəri olan Ağdamda öz stadionunda keçirəcəyi yazılır.

Özbək dilində “Agʻdam tumani” adlı bölmədə çoxsaylı faktlar, məlumatlar, statistika, fotoşəkillər, xəritələr verilmişdir ki, burada rayonun hazırkı vəziyyəti öz əksini tapmışdır.

Özbək dilində yaradılmış Ağdam rayonu haqqında bölmə ilə BURADAN tanış olmaq mümkündür.

Mədəniyyət Nazirliyi Nizami Gəncəvi ili ilə əlaqədar müvafiq Fəaliyyət Planı hazırlayacaq
Mədəniyyət Nazirliyi Nizami Gəncəvi ili ilə əlaqədar müvafiq Fəaliyyət Planı hazırlayacaq
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi konsepsiya layihəsinin təqdimatı keçirilib (FOTO/VİDEO)
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi konsepsiya layihəsinin təqdimatı keçirilib (FOTO/VİDEO)
“Keşikçidağ”da tunc dövrünə aid insan qalıqları aşkar edilib (FOTO)
“Keşikçidağ”da tunc dövrünə aid insan qalıqları aşkar edilib (FOTO)
Loading Bars
Xəbər lenti
İran altıtərəfli əməkdaşlıq platformasının təşkil olunmasını istəyir - Zərif
SOCAR hər hansı məsələ ilə bağlı vətəndaşlardan pul tələb etmir - Dələduzlar barədə xəbərdarlıq
Rabitə naziri təyin edilən Rəşad Nəbiyev kimdir?
Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında hərbçilərin Azərbaycanda fəaliyyəti müzakirə ediləcək
Xəzərdə zəlzələ olub
Hər iki Qarabağ müharibəsi şəhidlərinin ailələri və əlillərin mənzil təminatı paralel aparılacaq - Şöbə müdiri
Xırdalanda baş verən partlayışla bağlı cinayət işi açıldı
Bakı-Naxçıvan üzrə aviareyslərin sayı gündə üç dəfəyədək artırılır
Paytaxt sakinindən narkotik və odlu silah götürüldü (FOTO/VİDEO)
Yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edildi - SƏRƏNCAM
İşğaldan azad olunmuş ərazilərdə 135,5 km yol bərpa edilib, 80 km yeni yol çəkilib
Prezident İlham Əliyev “Azərkosmos”un sədrini vəzifəsindən azad etdi
Ramin Quluzadə vəzifəsindən azad edildi
Müharibə iştirakçıları və onların ailə üzvləri arasında intihara cəhdlərin qarşısı alınıb - ƏƏSMN
Sabah 12 dərəcəyə qədər isti olacaq
Tərtərdə bu günə kimi 200 nəfərə vaksin vurulub
Əkinə yararlı 2 200 hektar ərazi minalardan təmizlənib
Fevral ayının pensiyası artımla birlikdə veriləcək - RƏSMİ
Şəhidlərin üçdə ikisinin ailəsinə artıq birdəfəlik sığorta ödənişi edilib - Nazirlik
Vətən müharibəsində əlil olan şəxslər avtomobilllə təmin olunacaq
Bir gündə cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Ədəbi dil normalarını pozanlara qarşı cərimələr tətbiq edilsin - Dilçilik İnstitutu
Silsilə oğurluqlar edən şəxs işfa olunub
Rusiyada daha 564 nəfər koronavirusdan ölüb
Vətən müharibəsində mühəndis qoşunlarının 27 hərbçisi şəhid olub
Qızıl mağazasından oğurluq etmək istəyən şəxs iş başında yaxalandı (FOTO)
Füzuli minalardan belə təmizlənir - Trend TV Füzulidə (FOTO/VİDEO)
Azərbaycan təqribən 1200 erməni hərbi qulluqçusunun cəsədini erməni tərəfinə qaytarıb - Hikmət Hacıyev
YAP nümayəndələri Vətən müharibəsinin rus millətindən olan iştirakçılarını ziyarət edib (FOTO)
Dünya Ekoloji Təhsil Günü ilə əlaqədar maarifləndirici tədbir keçiriləcək
Şamaxıda qanunsuz ov edənlər saxlanılıb (FOTO)
“Dostluq” yatağı Azərbaycanla Türkmənistanı bir-birinə daha da yaxınlaşdıracaq - Deputat
Yaxın günlərdə şəhid ailələrinin istehlak kreditləri bağlanacaq - "YAŞAT" Fondunun rəhbəri
Düşmən geri çəkilərkən yollarda maneələr qurub, körpüləri partladıb - Rəis müavini
Ağcabədidə qanunsuz ov edən şəxs saxlanıldı (FOTO)
Fransalı dövlət katibi Bakıya gəlib (FOTO)
20-dən artıq şəhid ailə üzvünün təhsil haqqı ödənilib - Elvin Hüseynov
Azad edilən ərazilərin minalardan təmizlənməsi davam edir - Anar Eyvazov
Azərbaycan niyə Çin peyvəndini seçdi - TƏBİB cavab verdi
Uşaq müəssisələrindən 38 uşaq ailəsinə qaytarılıb, 27 uşaq övladlığa verilib
Cəbrayıl rayonunun Karxulu kəndi (VİDEO)
Şəhid ailələri və qazilər üçün daha nələr nəzərdə tutulur? - "YAŞAT" Fondunun rəhbəri detalları açıqladı (VİDEOLAYİHƏ)
Müəllimlər vaksinasiya olunacaq? - Təhsil Nazirliyindən AÇIQLAMA
“Nizami Gəncəvi İli”nin elan edilməsi Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə və özünə qayıdışına sahibliyinin sübutudur - Elnur Əliyev
Şəhid ailələri üçün yeni kvota müəyyən edilir
Bu peşə məktəbi artıq publik hüquqi şəxs oldu
Hacıqabul Mərkəzi Xəstəxanasının şöbə müdirinin işi məhkəməyə göndərildi
Qarabağda hansı sahələr daha gəlirli ola bilər? - İnvestisiyayönümlü istiqamətlər öyrənilir
Bakı-Ələt-Qazax-Gürcüstan magistralının 130 km-lik sonuncu hissəsi genişləndirilir (FOTO)
Xırdalandakı partlayışda xəsarət alan 5 nəfər evə buraxıldı
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru və bir neçə vəzifəli şəxsi barəsində cinayət işi başlanıb
Premium resort kompleksdə mənzil sahibi olmaq artıq daha asandır (FOTO)
Dövlət Xidməti məişət texnikası və mobil telefon istehsalçıları və satıcıları tələblərə əməl etməyə çağırır
Bu ölkələrdən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyətlər qoyulub - Səbəb "quş" qripi
Xırdalanda partlayış baş verən evdə axtarış-xilasetmə əməliyyatı davam etdirilir (FOTO/VİDEO)
Qubada yanacaqdoldurma məntəqəsi qarət edildi
Hindistanda "TikTok" qadağan olundu
Hərbçi və şəhid ailələrinə psixoloji yardıma xarici mütəxəssislər cəlb edilib - Nazir
2024-cü ilədək Azərbaycanda orta inflyasiya göstəricisi 2,7 faiz olacaq
Millət vəkili Naqif Həmzəyev şəhid ailələrinə və qazilərə baş çəkib (FOTO/VİDEO)
6 kiloqram heroin dövriyyədən çıxarıldı
Azərbaycanda pambıq sahələrinin güzəştli sığortası başlayıb - Şərtlər, məbləğlər
Ötən il Energetika Nazirliyinin Çağrı Mərkəzinə 2566 müraciət daxil olub
Xaçmazda ev yanıb
Azərbaycan sülh, yaxşı qonşuluq və regional əməkdaşlığın qətiyyətli müdafiəçisidir - Səfir
Azərbaycan əhalisinin ən çox hansı xəstəliklərdən əziyyət çəkdiyi məlum olub
ABŞ-da koronavirusun "Braziliya" ştammına ilk yoluxma qeydə alınıb
Yanvarın 26-da xarici valyutaların manata qarşı məzənnələri
Türk şirkətlərinin Qarabağda tekstil sahəsinə yatırımları yeni iş imkanları yaradacaq - Ekspert
Trampın impiçmenti barədə qətnamə Senata təqdim edilib
Karantin rejiminin yumşaldılması evlərin qiymətini artıra bilər
Hindistanda helikopter qəzaya uğrayıb, pilot həlak olub
Braziliyada koronavirusa yoluxanların sayı 8,87 milyon nəfəri ötüb
Livanda karantin məhdudiyyətlərinə qarşı etiraz aksiyası zamanı 8 nəfər xəsarət alıb
Fransada ötən sutka koronavirusdan 445 nəfər ölüb
Merkel Baydenlə xarici siyasət, pandemiya və ticarəti müzakirə edir
Kanadada koronavirusa yoluxanların sayı 750 min nəfəri ötüb
ABŞ Senatı Yellenin maliyyə naziri vəzifəsinə namizədliyini təsdiq edib
Koronavirusun mutasiyası və peyvənd çatışmazlığı daha çox ölümlə nəticələnə bilər - BMT Baş katibi
Dünyada koronavirusa yoluxanların sayı 514 mindən çox artıb
Azərbaycan Respublikasının Avropa Şurasında üzvlüyünün 20 illiyi Strasburqda qeyd olunub (FOTO)
İsraildə koronavirusa yoluxanların sayı 600 min nəfəri ötüb
İtaliyanın baş naziri istefa vermək niyyətindədir
Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Nizami Gəncəvinin yubiley tədbirləri əhəmiyyətli beynəlxalq əməkdaşlıq platformaları formalaşdıracaq
Türkiyədə son sutkada koronavirusdan 6 682 nəfər sağalıb
Azərbaycanın imkanları azad olunan torpaqlarımızda tez bir zamanda həyatın canlanmasına inam yaradır – Komitə sədri
Hikmət Hacıyev "Atlantic Council"ə müsahibəsində regional təhlükəsizliyin quruluşundan danışıb (VİDEO)
Azərbaycan əsasən bu ölkələrə məhsul ixrac edib
Vətən müharibəsinin qəhrəman tankçılarından bir qrupu general Həzi Aslanovun ata ocağını ziyarət edib (FOTO)
Braziliyada ağır yol qəzası baş verib, 21 nəfər ölüb
Britaniyada bir sutkada koronavirusdan 592 nəfər ölüb
Ermənilərin qışqırtdığı qaragüruh dəstə indi niyə susub? - TƏHLİL
Ermənistanda daxili gərginlik, böhran pik həddə: Daha pis günlər qarşıdadır
Mədəniyyət Nazirliyi Nizami Gəncəvi ili ilə əlaqədar müvafiq Fəaliyyət Planı hazırlayacaq
İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatının aparılması üçün yeni mexanizm hazırlanacaq
İşğaldan azad edilmiş ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti və profili nəzərə alınacaq
AŞPA İkinci Qarabağ müharibəsi çərçivəsində atəşkəsi alqışlayıb - Avropa Şurasının baş katibi
Nazirlər Kabineti Prezidentin tapşırıqları əsasında 2021-ci il üçün prioritetləri müəyyənləşdirdi (FOTO)
Azərbaycanda bu xəstəliklər artıq yoxdur
Bütün xəbərlər