...

“Nizami Gəncəvi İli” ICESCO çərçivəsində qeyd ediləcək

Mədəniyyət Materials 14 Yanvar 2021 17:22 (UTC +04:00)
“Nizami Gəncəvi İli” ICESCO çərçivəsində qeyd ediləcək

Bakı. Trend:

“Nizami Gəncəvi İli” ICESCO çərçivəsində geniş şəkildə qeyd ediləcək

Trend xəbər verir ki, bu barədə yanvarın 14-də ADA Universitetində keçirilən mətbuat konfransında mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, artıq İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliklə də bununla bağlı razılıq əldə edilib: “Azərbaycanda 2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunması çərçivəsində ICESCO-da da bununla bağlı tədbirlər keçiriləcək. Əminəm ki, bu tədbir Nizami Gəncəvinin İslam dünyasına verdiyi töhfələrin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti