...

Nazirlik Gəncədə Cavad xanın heykəlinin ucaldılmasına münasibət bildirib

Mədəniyyət Materials 10 Mart 2022 21:00 (UTC +04:00)
Nazirlik Gəncədə Cavad xanın heykəlinin ucaldılmasına münasibət bildirib

Bakı. Fərid Zöhrabov - Trend:

Gəncədə Cavad xanın heykəlinin ucaldılması məsələsinə baxılacaq. Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında öz əksini tapıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildiriblər ki, Mədəniyyət Nazirliyinin nəzdində heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərin ucaldılması və demontajı üzrə Ekspert Komissiyası fəaliyyət göstərir.

Mədəniyyət Nazirliyinə Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı mütəmadi olaraq müraciətlər daxil olur. Bu müraciətlər sözügedən Ekspert Komissiyasının növbəti iclaslarında nəzərdən keçiriləcək və müvafiq addımlar atılacaqdır.

Twitter:@FaridZohrabov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti