...

Mərkəzi Seçki Komissiyasının sədri Türk Şurasının müşahidə missiyası ilə görüşüb

Seçki 2015 Materials 29 Oktyabr 2015 22:56 (UTC +04:00)
Bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək üçün Azərbaycan Respublikasında səfərdə olan Türk Şurasının müşahidə missiyasının üzvləri oktyabrın 29-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
Mərkəzi Seçki Komissiyasının sədri Türk Şurasının müşahidə missiyası ilə görüşüb

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək üçün Azərbaycan Respublikasında səfərdə olan Türk Şurasının müşahidə missiyasının üzvləri oktyabrın 29-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

Mərkəzi Seçki Komissiyasından (MSK) Trend-ə verilən məlumata görə, nümayəndə heyətini salamlayan sədr Məzahir Pənahov türkdilli ölkələrin təmsilçilərindən ibarət müşahidə missiyası ilə Mərkəzi Seçki Komissiyasında görüşdən məmnunluğunu ifadə edərək, rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əməkdaşlığına hər zaman xüsusi əhəmiyyət verdiyini və Azərbaycanda keçirilən seçkilərin daim yerli və beynəlxalq ictimaiyyət tərəfindən maraqla izlənildiyini vurğulayıb.

Mərkəzi Seçki Komissiyasındakı səmimi qəbul üçün təşəkkürlərini bildirən nümayəndə heyətinin üzvləri bir neçə gündən sonra Milli Məclisə keçiriləcək seçkilərlə bağlı son hazırlıq işlərilə maraqlanıblar. MSK sədri Məzahir Pənahov qonaqların suallarını ətraflı cavablandırıb və bildirib ki, builki seçkilərin də azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün imkanlar yaradılıb.

Görüş çərçivəsində həmçinin, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti