...

Metroda baş verən hadisənin təfərrüatları (YENİLƏNİB)

Gündəm Materials 16 Mart 2018 13:30 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

İlk xəbər saat 13:09-da yayımlanıb

"İçərişəhər" stansiyasında qatar relsinin üzərinə yıxılan qadın xilas edilib.

Bu barədə Trend-ə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, həmin qadın 85 yaşlı Məmmədova Sürayyə Söhbət qızıdır:

"O,"İçərişəhər" stansiyasında qatar dayananda birinci vaqonun birinci qapısından düşüb. Sola dönüb stansiyadan çıxmaq əvəzinə sağa dönərək qatarın qabağından relslərin üstünə yıxılıb. Gərginliyi çıxarıb xanımı stansiya yolundan çıxardıb əməkdaşlarımız. Görünüşdə ciddi xəsarət müşahidə edilməsə də, təcili tibbi yardım çağırılıb. Məlumatları da özü verib. Xətdə ümumilikdə 3 dəqiqə gecikmə yaranmışdı".

XXX

Bakı metrosunda sərnişin qatar relsinə yıxılıb.

Bu barədə Trend-ə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün saat 12:55-də baş verib:

"İçərişəhər" stansiyasında sərnişin qatar yoluna (relslərin üstünə) yıxılıb. Hadisə qatar stansiyada olmadığı vaxt baş verib. Dərhal qatar yolundan gərginlik ayrılıb. Hazırda sərnişini çıxartmağa çalışırıq. Xətdə müəyyən gecikmə olacaq. Xahiş olunur, nəzərə alasınız".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti