...

BŞİH qanunsuz tikililərin və zəbt olunmuş torparların hasarlarının söküntüsünə başlayıb (FOTO)

Gündəm Materials 30 Avqust 2018 13:17 (UTC +04:00)
Obyekt və tikililərin səkilərə çıxan, gediş-gəlişə mane olan və sakinlərə təhlükə yaradan hissələrinin sökülməsi aparılır.
BŞİH qanunsuz tikililərin və zəbt olunmuş torparların hasarlarının söküntüsünə başlayıb (FOTO)

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) qanunsuz tikililərin və zəbt olunmuş torparların hasarlarının söküntüsünə başlayıb.

BŞİH-dən Trend-ə verilən məlumata görə, qurum tərəfindən qanunsuz tikili və obyektlərin, zəbt olunmuş torpaq sahələrinin hasarlarının sökülməsi, səkilərin və yol kənarlarının təmizlənməsi, həyət və məhəllələrdə qeyri-qanuni tikili və hasarların sökülərək burada sakinlərin istirahəti üçün hər cür şəraiti olan “Abad məhəllə” və “Nümunəvi həyət”lərin yaradılması istiqamətində işlərə start verilib. Bu zaman paytaxt sakinlərinin müraciət, istək və arzuları da nəzərə alınıb.

Ilk işlərə paytaxtın Xətai rayonunda başlanıb. Rayonda zəbt edilən 7 ərazi aşkarlanıb, həmin yerlərdə söküntü işləri aparılıb. Belə ki, Məhəmməd Hadi və Neapol küçələrində, Ukrayna dairəsi yaxınlığında yol kənarında zəbt olunmuş torpaq sahələrinin hasarları sökülüb, ərazi tikinti materialları və məişət tullantılarından təmizlənib, ərazidə abadlıq işlərinə başlanıb. Obyekt və tikililərin səkilərə çıxan, gediş-gəlişə mane olan və sakinlərə təhlükə yaradan hissələrinin sökülməsi aparılır. Bu işlər rayonun digər yerləri və eləcə də paytaxtın bütün rayonlarında aparılacaq.

Əsas məqsədi paytaxtın infrastrukturunu daha da təkmilləşdirərək yeniləşdirmək, şəhərimizi daha da gözəlləşdirmək, sakinlərin sosial şəraitinin daha da yaxşılaşdırmaq olan bu işlər BŞİH tərəfindən xüsusi nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti