...

Bakı metrosunda qatarda nasazlıq yaranıb

Gündəm Materials 14 Sentyabr 2018 12:05 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı metrosunda sərnişin qatarında nasazlıq yaranıb.

Bu barədə Trend-ə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hadisə saat 10:53-də baş verib: "Diaqnostika kompleksi "Cəfər Cabbarlı-Xətai" mənzilinə daxil olub. Bu kompleks ay ərzində iki dəfə xətlərə çıxır və yoxlayır. Məlumdur ki, "Cəfər Cabbarlı-Xətai" mənzilində qatarlar o baş-bu baş hərəkət edir. Bu səbəbdən diaqnostika kompleksi bu mənzildə hərəkət edəndə sərnişin qatarları dalanda saxlanılır. Lakin qatarın xəttə qayıtmasında texniki problem yaranıb və ehtiyat qatar "Cəfər Cabbarlı" mənzilində hərəkətə gətirilib. Bu mənzildə qatarlar arasında 8 dəqiqə interval var. Həmin interval nəzərə alanmaqla, hadisə nəticəsində ümumi ləngimə 20 dəqiqəyə yaxın olub".

B.Məmmədov qeyd edib ki, hazırda problem aradan qaldırılıb və qatarların intervalı normaldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti