...

Cəlilabadda qonşuya talvar tikən 59 yaşlı usta yıxılıb ölüb

Gündəm Materials 21 Sentyabr 2018 10:38 (UTC +04:00)
Cəlilabad sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Cəlilabadda qonşuya talvar tikən 59 yaşlı usta yıxılıb ölüb

Bakı. Samir Əli - Trend:

Cəlilabad sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Trend-in məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində baş verib.

Kənd sakini, 1959-cu il təvəllüdlü Xanəliyev Çingiz Qabil oğlu həmkəndlisi Nəhmətov Famil Əşrəf oğluna məxsus evin talvarına şifer vurarkən ehtiyatsızlıqdan 6 metr hündürlükdən yıxılıb. Ç.Xanəliyev aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti