...

Binədəki qəzada yaralı sayı 34-ə çatıb, sürücü də saxlanılaraq xəstəxanaya yerləşdirilib

Gündəm Materials 1 Oktyabr 2018 16:58 (UTC +04:00)
Binədəki qəzada yaralı sayı 34-ə çatıb, sürücü də saxlanılaraq xəstəxanaya yerləşdirilib.
Binədəki qəzada yaralı sayı 34-ə çatıb, sürücü də saxlanılaraq xəstəxanaya yerləşdirilib

Bakı. Ceyhun Ələkbərov, İlhamə İsabalayeva - Trend:

Bakının Xəzər rayonu, Binə qəsəbəsində 160 saylı avtobusun qatarla toqquşması nəticəsində xəsarət alanların sayı 34 nəfərə çatıb, 1 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib.

S.Qədirovanın sözlərinə görə, xəsarət alanların 2-si Elmi Tədqiqat Travmatologiya İnstitutuna, 3-ü Kliniki Tibbi Mərkəzə, 28 nəfər isə 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdirilib. Hadisə nəticəsində xəsarət alan 12-13 yaşlı uşaq isə xəstəxanaya gedərkən dünyasını dəyişib: "Yaralıların vəziyyəti barədə dəqiq informasiya olmasa da, ağır hesab edilir".

O bildirib ki, qəzanın baş verməsində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin heç bir günahı olmayıb: "Şlaqbaum hər iki istiqamətdə bağlı olub. Orada sürət həddi hətta saatda 40 kilometr olduğu halda, maşinist qatarı 30 km/saatla sürüb. Sadəcə, avtobus sürücüsü qaydalara əməl etməyərək qatarın önünə çıxıb".

Saxlanılan avtobusun sürücüsü 03.05.1983-cü il təvəllüdlü Elxan Əlibaba oğlu Şirəliyev olub. O, sağ qolun sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti