Bakı. Trend:
Rusiyanın “Uralskie avialinii” şirkəti Azərbaycana yeni istiqamətlər üzrə uçuşlar həyata keçirəcək.
Trend-in məlumatına görə, bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyi bildirib.
Şirkət Volqoqrad-Gəncə və Volqoqrad-Bakı reysləri üçün lisenziya əldə edib. Lisenziya həmin marşrutlar üzrə həftənin yeddi günü uçuş həyata keçirməyə icazə verir.
Qeyd edək ki, hazırda “Uralskie avialinii” Sankt-Peterburq-Bakı və Moskva-Lənkəran reyslərini həyata keçirir.