...

ƏMR imzalandı - Ölkədə “İmmunlaşdırma həftəsi” keçiriləcək

Gündəm Materials 12 Aprel 2019 10:33 (UTC +04:00)
Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.
ƏMR imzalandı - Ölkədə “İmmunlaşdırma həftəsi” keçiriləcək

Bakı. Elçin Mehdiyev - Trend:

Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, əmrdə 2019-cu ilin aprel ayının 24-30 tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin təşkili Səhiyyə Nazirliyin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılır.

Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, ÜST dəstəyi ilə “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə respublikanın rayonlarında monitorinqin keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti