...

55 yaşlı Oğuz sakini Şəkidə müəmmalı şəkildə öldü

Gündəm Materials 17 Aprel 2019 22:45 (UTC +04:00)
Oğuz rayon sakini Şəkidə ölüb.
55 yaşlı Oğuz sakini Şəkidə müəmmalı şəkildə öldü

Bakı. Samir Əli - Trend:

Oğuz rayon sakini Şəkidə ölüb.

Trend-in məlumatına görə, bu barədə Oğuz rayon Prokurorluğuna məlumat daxil olub.

Məlum olub ki, Oğuzun Xaçmaz kənd sakini, 1964-cü il təvəllüdlü Kərimov Natiq Vəliyəddin oğlu Şəki şəhər Mərkəzi Xəstəxanasına ölmüş vəziyyətdə gətirilib.

Hüquq-mühafizə orqanları hadisə yerinə gələrək meyitə baxış keçirib, lazımi izahatlar alınıb.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti