...

Hacıqabulda dəhşətli qəzada ölən və xəsarət alanların sayı məlum oldu (YENİLƏNİB) (VİDEO)

Gündəm Materials 4 İyun 2019 10:40 (UTC +04:00)
Hacıqabul-Ələt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hacıqabulda dəhşətli qəzada ölən və xəsarət alanların sayı məlum oldu (YENİLƏNİB) (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Hacıqabulda baş verən qəzada 2 nəfər hadisə yerində dünyasını dəyişib.

Trend-in məlumatına görə, 3 nəfər Şirvan Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onlardan 12 yaşlı oğlanda qapalı kəllə beyin travması, çənə və sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Yaralı hazırda reanimasiyadadır, vəziyyəti orta-ağır, həyati təhlükəsi yoxdur. Digər iki nəfərdə isə xəsarət aşkar olunmayıb.

XXX

saat 10:40

Hacıqabul-Ələt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza bu gün səhər saat 08 radələrində Atbulaq kəndi ərazisindən keçən yolda baş verib. Şəhər istiqaməti ilə hərəkətdə olan B017-KN-134 Rusiya dövlət nömrə nişanlı "Mercedes Vito" yük maşını ilə toqquşaraq yol kənarına yuvarlanıb.

Hadisə nəticəsində 2 nəfərin öldüyü və bir nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alan şəxs Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəza yerinə Dövlət Yol Polisinin əməkdaşları və Təcili Tibbi Yardım biriqadası cəlb olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti