...

Bakı Metrosunda qatarların hərəkətində problem yaranıb

Gündəm Materials 20 Dekabr 2019 08:52 (UTC +04:00)
Bakı Metrosunda qatarların hərəkətində problem yaranıb
Bakı Metrosunda qatarların hərəkətində problem yaranıb

Bakı. Samir Əli - Trend:

Bakı Metrosunda qatarların hərəkətində problem yaranıb

Trend-in məlumatına görə, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədovun sözlərinə görə, bu gün səhər saat 07:00 radələrində metronun “İçərişəhər” stansiyasında qatarlardan birində texniki nasazlıq yaranıb:

“Sərnişinlər boşaldılıb və qatar depoya göndərilib. Nəticədə metronun “qırmızı xətt” istiqamətində yəni “İçərişəhər” xətti ilə hərəkət edən qatarların intervalında 8 dəqiqəyə qədər gecikmə yaranıb. İntervalın pozulması iki qatar arasında olub. Təəssüf ki, bu ümumilikdə digər stansiyalarda da sərnişin sıxlığına səbəb olub.

Hazırda iki qatar arasında yaranan gecikmənin və ümumilikdə stansiyalarda qatarların qrafik üzrə hərəkətinin təmin olunması üçün tədbirlər görülür. Qısa müddətdə problem aradan qaldırılacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti