...

Mingəçevirdə gənclər üçün yeni proqram başlayır

Gündəm Materials 25 Dekabr 2019 07:47 (UTC +04:00)
UNICEF Avropa İttifaqının, Azərbaycan Respublikasnın Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dövlət dəstəyi ilə «Azərbaycan Hökuməti və BMT-nin birgə Gənclər Evi təşəbbüsü» proqramını həyata keçirir
Mingəçevirdə gənclər üçün yeni proqram başlayır

Bakı. Trend:

UNICEF Avropa İttifaqının, Azərbaycan Respublikasnın Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dövlət dəstəyi ilə «Azərbaycan Hökuməti və BMT-nin birgə Gənclər Evi təşəbbüsü» proqramını həyata keçirir.

Dekabrın 24-də Mingəçevir Gənclər Evində Proqram çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunan «Yarat... İnkişaf Et... Töhfə Ver...» layihəsinin Məlumatlandırma sessiyası baş tutub.

«Yarat... İnkişaf Et... Tövhə Ver...» layihəsinin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərinin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrinin idarəçiliyinə hazırlamaqdır.

Layihə zamanı 6 pilot ərazidə (Bakının Binəqədi və Xəzər rayonları, Mingəçevir, Qazax, Şəmkir və Biləsuvar rayonları) yerləşən Gənclər Evləri və Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin vasitəsilə ərazidə yaşayan 150 nəfər gənc üçün 2 mərhələli sosial layihələrin idarəçiliyi təlimləri keçiriləcək, icmalarda kiçik təşəbbüsləri reallaşdıracaq layihə komandalarına 3 aylıq mentorlardan fərdi və onlayn konsultasiya, İctimai Forumda iştirak imkanları yaradır.

Məlumatlandırma sessiyası zaman Layihə Koordinatoru Gulnara İsmailova layihənin mərhələləri, seçim kriteriyaları haqda iştirakçılara ətraflı məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti