...

Dövlət komitəsi məcburi köçkünlə bağlı KİV-də yayılan məlumatları araşdırıb (FOTO)

Gündəm Materials 29 Dekabr 2019 20:36 (UTC +04:00)
Füzuli rayonundan olan məcburi köçkün haqqında sosial şəbəkə və KİV-də yayılan məlumatlar nəzarətə götürülüb.
Dövlət komitəsi məcburi köçkünlə bağlı KİV-də yayılan məlumatları araşdırıb (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Füzuli rayonundan olan məcburi köçkün haqqında sosial şəbəkə və KİV-də yayılan məlumatlarla əlaqədar olaraq bildiririk ki, bu barədə informasiya verildikdən dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi və müvafiq şöbələri tərəfindən məsələ dərhal nəzarətə götürülüb.

Bu barədə komitədən Trend-ə verilən məlumatda deyilir. Bildirilir ki, aparılmış araşdırma nəticəsində məlum olub ki, haqqında məlumat yayılmış şəxs Füzuli rayonundan məcburi köçkün Həziyeva Gülsarə Abbas qızıdır. G. Həziyeva Sabunçu rayonu, Sabunçu qəsəbəsi Qanboy Vəzirov 2 ünvanında müvəqqəti məskunlaşıb. Həyat yoldaşı yoxdur, 5 uşağı ilə birgə yaşayır.

Hazırda Dövlət Komitəsinin Bakıda xüsusi yaşayış fondunda boş mənzil olmadığı üçün ona Füzuli rayonunda yeni inşa edilmiş qəsəbədə dörd otaqlı mənzil təklif olunub. Bundan başqa, G. Həziyevaya Bakıda yeni qəsəbə istifadə verilənədək – üç ay müddətində kirayədə yaşamaq təklif edilib. Lakin məcburi köçkün Gülsarə Həziyeva hər iki təklifdən imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti