Bakı. Samir Əli - Trend:
Poliklinikalarda qeydiyyatda olan tənha, xroniki və onkoloji xəstələr üçün çatdırılma xidməti fəaliyyət göstərir və bu xidmət vasitəsilə onlar adi qaydada öz dərmanlarını alırlar.
Trend-in məlumatına görə, bunu Bakı şəhər Baş Səhiyyə İdarəsi, Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri Esmira Hacıyeva deyib.
Onun sözlərinə görə, eyni zamanda, yüksək risk qrupuna daxil olan xəstələrin yaxınları dərmanları müvafiq poliklikanın nəzdində fəaliyyət göstərən apteklərdən resepti təqdim etməklə ala bilərlər:
"Digər xəstələr sahə həkiminin qəbulundan sonra əczanəyə yaxınlaşıb, dərmanları adi qaydada əldə edirlər".