...

Amerikalı aparıcı: Ermənilər nə vaxt öyrənəcəklər ki, los-anceleslilər Ermənistana heç tüpürmürlər? (FOTO)

Gündəm Materials 16 Oktyabr 2020 13:08 (UTC +04:00)
Amerikalı aparıcı: Ermənilər nə vaxt öyrənəcəklər ki, los-anceleslilər Ermənistana heç tüpürmürlər? (FOTO)

Bakı. Asif Mehman - Trend:

Məşhur amerikalı aparıcı Tom Laykis "Twitter" səhifəsində ermənilərin Los-Ancelesdə magistral yolu bağlamalarına münasibət bildirib.

Trend-in məlumatına görə, paylaşımda deyilir:

"Ermənilər nə vaxt öyrənəcəklər ki, los-anceleslilər Ermənistana heç tüpürmürlər? Bu qədər narahatsınızsa, geri qayıdın. Bizdən sizin üçün etiraz etməyimizi gözləməyin! Biz bunu etməyəcəyik!"

Qeyd edək ki, Los-Ancelesdə yaşayan ermənilər Azərbaycanın öz torpaqlarını işğalçı Ermənistan ordusundan təmizləməsinə "etiraz" adı altında Burbank şəhərinin 134 saylı magistralını qanunsuz olaraq bağlayıb. Onların bu addımı yerli sakinlərin ciddi narazılığıa səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti