...

Ermənilərin Azərbaycan Ordusu qarşısında tab gətirə bilməməsi gözlənilən idi - Ekspert

Gündəm Materials 20 Oktyabr 2020 14:37 (UTC +04:00)
Ermənilərin Azərbaycan Ordusu qarşısında tab gətirə bilməməsi gözlənilən idi - Ekspert

Bakı. Samir Əli - Trend:

Ermənistan ordusunun və onlara köməyə gələn muzdlu dəstələrin döyüşdən imtina etməsi gözlənilən idi.

Bunu Trend-ə açıqlamasında ehtiyatda ola polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, onlar Azərbaycan əsgəri qarşısında tab gətirə bilməyəcəklərini əvvəlcədən bilməli idilər: "Ermənistan döyüşmək üçün kimi gətirir gətirsin, artıq gecdi. Azərbaycan əsgəri Ermənistan ordusunun bel sütununu qırıb. Ermənilər əsasən xüsusi təyinatlılarına güvənirdilər, onların da necə qaçdığını Azərbaycan Müdafiə Nazirliyi çəkib ictimaiyyətə göstərdi".

Hərbi ekspert bildirir ki, Azərbaycan vaxtında Ermənistana xəbərdarlıq etmişdi ki, əgər erməni əsgəri ölmək istəmirsə, torpağımızdan çıxsın: "Amma ermənilər bundan nəticə çıxarmadılar. Hazırda ermənilərin itkilərinin sayı-hesabı yoxdur. Dünən ermənilər Beynəlxalq Qırmızı Xaç Komitəsindən ilkin olaraq meyitlərini çıxarmaq üçün 1500 ədəd torba götürüblər. Amma bu onlar üçün çox azdır, daha 3-4 dəfə çox torba götürməli idilər. Sadəcə ajiotaj yaratmamaq üçün hələlik 1500 torba götürüblər. Nəzərə alsaq ki, Azərbaycan əsgəri Ermənistanın bütöv alaylarını, briqadalarını məhv edib, onların nə qədər itkilər verdiyi məlumdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti