...

İspaniyanın baş naziri Makronla görüşdən sonra özünü təcrid edir

Gündəm Materials 18 Dekabr 2020 06:35 (UTC +04:00)
İspaniyanın baş naziri Makronla görüşdən sonra özünü təcrid edir

Bakı. Trend:

İspaniyanın baş naziri Pedro Sançez Fransa prezidenti Emanuel Makron ilə görüşdükdən sonra 24 dekabr tarixinə qədər özünü təcrid edəcək.

Trend-in məlumatına görə, nazirin verdiyi koronavirus testinin nəticəsi mənfi çıxıb.

Sançezin iştirak edəcəyi bütün kütləvi tədbirlər ləğv edilib və karantin müddəti bitdikdən sonra daha bir testdən keçəcəyi qeyd olunur.

Xatırladaq ki, daha əvvəl Fransa prezidenti Emanuel Makronun koronavirusa yoluxması barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti