...

Yeni yaradılan Qarabağ vəkil bürosu Şuşada yerləşəcək

Gündəm Materials 29 Dekabr 2020 18:54 (UTC +04:00)
Yeni yaradılan Qarabağ vəkil bürosu Şuşada yerləşəcək

Bakı. Trend:

Artıq Qarabağ vəkil bürosu yaradılıb və o, Şuşada yerləşəcək.

Trend-in məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, həmin qurumun fəaliyyətinin təşkili üçün bütün lazımı səyləri göstəriləcək:

“Qarşımızda Qarabağ bölgəsində yeni vəkil qurumlarının yaradılması kimi şərəfli vəzifə dayanır. Dədə-baba yurdlarına, doğma torpaqlarına qayıdan vətəndaşlarımıza keyfiyyətli hüquqi yardım göstərilməli, onların hüquqi yardıma çatımlılığı təmin edilməlidir. Vəkillik bu vəzifəni də ən qısa zamanda yerinə yetirəcək. Beləliklə, Vəkillər Kollegiyası illər boyu hüquqi yardıma çatımlılığın təmin olunmadığı ərazilərimizdə fəaliyyət göstərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti