...

Ermənistan xəstəxanalarında koronavirus xəstələri üçün 100-dən də az yer qalıb - Nazir

Gündəm Materials 11 Mart 2021 12:04 (UTC +04:00)
Ermənistan xəstəxanalarında koronavirus xəstələri üçün 100-dən də az yer qalıb - Nazir

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistanda son sutka ərzində 748 nəfər koronavirusa yoluxub.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin səhiyyə naziri Anait Avanesyan deyib.

O bildirib ki, Ermənistanda koronavirus pandemiyası ilə bağlı vəziyyət kəskin pisləşib:

"Ölkədə 6 772 koronavirus xəstəsi var. Onlardan 901 nəfəri xəstəxanalarda müalicə olunur. Hazırda xəstəxanalarda koronavirus xəstələri üçün 100-dən də az yer qalıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti