...

Bir sıra bölgələrdə tədrisin dayandırılmaması düzgün qərardır - Emin Əmrullayev

Gündəm Materials 3 Aprel 2021 16:24 (UTC +04:00)
Bir sıra bölgələrdə tədrisin dayandırılmaması düzgün qərardır - Emin Əmrullayev

Bakı. İlhamə İsabalayeva – Trend:

Bir sıra bölgələrdə tədrisin dayandırılmaması düzgün qərardır. Amma ayrı-ayrı yerlərdə yoluxma riksi yarandıqda onlar da distant formaya keçirilir.

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədə istifadəçilərin suallarını cavablandırarkən deyib.

Nazir qeyd edib ki, bəzi rayonlarda gündəlik yoluxma halı 3-4-dür: “Bunların hər biri lokal xarakter daşıyır. Buna görə də bütün ölkə üzrə məktəblərdə kütləvi qapanmaya gedilmədi. Bəziləri hesab edirlər ki, müəllimlər üçün yoluxma riski artır. Bəli, bu, belədir. Amma bütün vətəndaşlar bu risklə üz-üzrədir. Hesab edirəm ki, müəllimlərin böyük sevinci onların şagirdlərlə üz-üzə dərs keçməsidir”.

Təhsil nazirinin sözlərinə görə, məktəblərdə son günlər ərzində davamiyyətin kəskin aşağı düşməsi müşahidə edilirdi. Bakı, Suqmayıt, Abşeron, Şəki və Gəncədə tədrisin dayandırılması barədə qərar verilərkən bu amil də nəzərə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti