...

Azərbaycanda ən populyar axtarış sisteminin adı açıqlanıb

Gündəm Materials 10 Avqust 2021 20:30 (UTC +04:00)
Azərbaycanda ən populyar axtarış sisteminin adı açıqlanıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

2021-ci ilin iyulunda Azərbaycanın axtarış sistemi bazarında 92,54 faiz paya sahib olan "Google" ölkədə ən populyar axtarış sistemi kimi qalmaqda davam edib.

Trend bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

İyun ayı ilə müqayisədə "Google" axtarış sisteminin payı 1,09 faiz azalıb.

Hesabat dövründə "Yandeks" axtarış sisteminin payı 4,01 faiz artaraq 6,03 faiz təşkil edib.

"Bing" axtarış sisteminin payı 0,56, "Yahoo"nun payı isə 0,44 faizə bərabər olub.

Azərbaycanın axtarış sistemi bazarında 0,43 faiz digər axtarış sistemlərinin payına düşüb.

(Tərcümə: Orxan Nəbiyev)

Twitter: agdzhaev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti