...

Dərmanların keyfiyyəti ilə bağlı problemlərə hansı qurum baxır?

Gündəm Materials 13 Avqust 2021 17:39 (UTC +04:00)
Dərmanların keyfiyyəti ilə bağlı problemlərə hansı qurum baxır?

Bakı. Çingiz Səfərli - Trend:

Vətəndaşlar dərmanların keyfiyyəti ilə bağlı rastlaşdıqları problemlər barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilərlər.

Trend xəbər verir ki, bunu TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev deyib. Onun sözlərinə görə, keyfiyyətlə bağlı ölkə qanunvericiliyində tənzimləmələr aparılıb və Nazirlər Kabinetinin dərman vasitələrinin geri çağırılması qaydası təsdiqlənib:

"Keyfiyyətlə bağlı problemlər varsa, vətəndaşlar bu barədə məlumat verə bilərlər. Buna səlahiyyətli qurum Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzidir. Rastlaşdığınız hər hansısa keyfiyyət problemini telefonla, email vasitəsilə və ya digər yolla bildirə bilərsiniz. Amma baxır həmin dərmanın keyfiyyət problemini görən şəxs kimdir. Əgər problemi dərman anbarının səlahiyyətili nümayəndəsi müəyyənləşdiribsə, bunu yenə Səhiyyə Nazirliyinin müvafiq qurumuna bildirməlidir. Lakin TƏBİB-in anbarında aşkarlanıbsa, TƏBİB-in Dərman və tibb vasitələri departamentinə məlumat verilməlidir. Xəstəxana daxilində yerləşən aptekdə müşahidə olunursa, aptek rəhbərinə, xəstəxana rəhbərliyinə bildirilə bilər. Bundan sonra həmin dərman vasitəsilə ilə bağlı hansı addımların atılmalı olduğu müəyyənləşdirilir. Ola bilər ki, həmin dərmanlar tamamilə istifadədən çıxarılacaq və ya müəyyən problemləri həll olunduqdan sonra yenidən istifadəyə veriləcək".

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti