...

Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimləri davam edir (FOTO/VİDEO)

Gündəm Materials 7 Sentyabr 2021 09:11 (UTC +04:00)
Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimləri davam edir (FOTO/VİDEO)

Bakı. Trend:

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimin planına uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri gündüz döyüş uçuşları həyata keçiriblər.

Uçuşlardan öncə əməliyyatın planı, hava şəraiti və digər texniki məsələlərlə bağlı brifinq təqdim edilib.

Plana uyğun olaraq Azərbaycan və Türkiyə hərbi təyyarəçiləri birgə əməliyyat çərçivəsində havadan hücumla şərti düşmənin hava hücumundan müdafiə vasitələrini, strateji obyektlərini və bu obyektləri müdafiə edən təyyarələrini məhv etmək tapşırığını uğurla icra ediblər.

Qeyd edək ki, Azərbaycan hərbi təyyarəçiləri təlimə Su-25 hücum və MİQ-29 qırıcı təyyarələri ilə qatılıblar.

Təlimlər sentyabrın 17-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti