...

ABŞ-da "Moderna" və "J&J" peyvəndlərinin 3-cu dozasının vurdurlmasına icazə verilib

Gündəm Materials 21 Oktyabr 2021 03:46 (UTC +04:00)
ABŞ-da "Moderna" və "J&J" peyvəndlərinin 3-cu dozasının vurdurlmasına icazə verilib

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ-da "Moderna" və "Johnson & Johnson" (J&J) koronavirusa qarşı peyvəndlərinin 3-cü ("booster") dozalarının bir sıra əhali üçün kütləvi istifadəsinə icazə verilib.

Trend-in məlumatına görə, bu barıdə ABŞ-ın Qida məhsuları və Dərman vasitələrinin keyfiyyəti məsələləri üzrə İdarəsi bildirib.

Bildirilib ki, İdarə kriteriyalara uyğun əhali üçün COVID-19 vaskinin gücləndirici dozalarının istifadəsini genişləndirib.

"Moderna" peyvəndini tam peyvənd olunadan sonra "ən az altı aydan sonra" vurdurmaq olar. İcazə "65 yaş və yuxarı", "18 yaşdan 64 yaşa qədər koronavirusun səbəb olduğu xəstəliyin ciddi gedişatı riskində" olan şəxslərə, eləcə də məşğuliyyətlərinə görə infeksiyaya yoluxma riski yüksək olan həmin yaş qrupunda olan ABŞ sakinlərinə aiddir.

Johnson & Johnson vaksininə gəldikdə, 3-cü doza tam peyvənd olunanda sonra "ən azı iki aydan sonra" vurdurmaq olar. Bu dərman birinci dozanı vurdurandan sonra öz təsirini göstərir. İcazə "18 yaşdan yuxarı" şəxslərə şamil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti