...

Amnistiya aktının icrasının yekunlaşacağı müddət açıqlanıb

Gündəm Materials 11 Noyabr 2021 11:51 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Amnistiya aktının icra müddəti 4 ay göstərilməsinə baxmayaraq daha qısa müddətdə icra ediləcək.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyi yanında İctimai komitənin üzvü, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməməd Nuriyev 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, amnistiya aktının imzalanmasından dərhal sonra 100-dən artıq şəxs azadlığa çıxıb: "Düşünürəm ki, bir ay müddətində icra yekunlaşa bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti