...

Noyabrda 9 nəfər minaların qurbanı olub

Gündəm Materials 2 Dekabr 2021 12:25 (UTC +04:00)
Noyabrda 9 nəfər minaların qurbanı olub

Bakı. Trend:

2021-ci ilin noyabr ayında 7 hadisə nəticəsində 9 nəfər minaya düşüb.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyindən Trend-ə verilən xəbərə görə, təşkilat tərəfindən rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin noyabr ayında 7 hadisə nəticəsində 9 nəfərin mina qurbanı olmasını qeydə alınıb.

"Nəticədə bir mülki şəxs həlak olub, 8 nəfər yaralanıb. (bir nəfər mina təmizləyən, bir nəfər sərhədçi, 2 nəfər Daxili Qoşunların hərbi qulluqçusu və 4 nəfər mülki şəxs). 2021-ci ilin noyabr ayında 6 hadisəyə piyadalar əleyhinə, 1 hadisəyə isə tank əleyhinə minalar səbəb olub. Hesabat dövründə minalarla bağlı hadisələr Cəbrayıl, Ağdam, Goranboy, Laçın, Füzuli və Zəngilan rayonlarının ərazisində baş verib", - məlumatda qeyd olunur.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi tərəfindən 2021-ci ilin ötən dövründə Azərbaycan Respublikasının 97 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb:

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" ictimai birliyi bir daha əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti