...

Erməni cinayətlərinin dünya ictimaiyyətinə çatdırılmasında operator və fotojurnalistlərin görüntüləri mühüm rol oynayıb - Fəxrəddin Altun

Gündəm Materials 23 Dekabr 2021 12:04 (UTC +04:00)
Erməni cinayətlərinin dünya ictimaiyyətinə çatdırılmasında operator və fotojurnalistlərin görüntüləri mühüm rol oynayıb - Fəxrəddin Altun

Bakı. Trend:

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “25-ci Zoom Beynəlxalq Xəbər Görüntüləri” müsabiqəsinin mükafatlandırma mərasimindəki çıxışında bir görüntünün dünya ictimaiyyətinə təsiretmə gücünün həm Türkiyənin terrorla, həm də Qarabağın azadlıq mübarizəsində çox aydın şəkildə göründüyünü bildirib.

Terror təşkilatlarının və işğalçı Ermənistanın təhrif olunmuş görüntülərlə yaratmağa çalışdıqları təsəvvürlərə qarşı ən gözəl cavabın münaqişə bölgələrində çalışan operator və fotojurnalistlər tərəfindən verildiyini, onların çəkdikləri real görüntülər olduğunu qeyd edən F.Altun bildirib ki, Azərbaycanın Qarabağ zəfərinin haqlılığı qarşısında Ermənistanın necə hərbi cinayətlər törətdiyi, mülki əhalini hədəf aldığı və dünya mədəni irsi abidələrini dağıtdığının dünya ictimaiyyətinə çatdırılmasında bölgədə qəhrəmanca xidmət edən xəbər operatorlarının və fotojurnalistlərin görüntüləri mühüm rol oynayıb:

"Buradan Ermənistan tərəfindən basdırılan minanın partlaması nəticəsində şəhid olan AZƏRTAC Agentliyinin müxbiri Məhərrəm İbrahimovu və Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışovun xatirəsini rəhmətlə yad edirəm. Məkanları Cənnət olsun.

Bu münasibətlə Qarabağ zəfəri şəhidlərimizə Uca Allahdan bir daha rəhmət diləyirəm. Eləcə də Liviya, Suriya və İraqda münaqişə bölgələrində çalışan müxbirlərin xəbərləri, operatorların görüntüləri regionda baş verənlərin dünyaya düzgün şəkildə çatdırılmasında mühüm rolu olub. Siz bu kritik vəzifəni yerinə yetirərkən biz də Kommunikasiya İdarəsi olaraq sizin üçün sağlam, təhlükəsiz və məhsuldar iş mühitini təmin etməyə çalışırıq. Bu məqamda peşə standartlarının yüksəldilməsi və yaxşılaşdırılması üçün müvafiq dövlət orqanı olaraq cənab prezidentimizin vizyonu çərçivəsində öz töhfəmizi verməyə çalışırıq", - F.Altun deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti