...

Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Gündəm Materials 13 Fevral 2022 10:09 (UTC +04:00)
Şamaxıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Bakı. Trend:

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, şəhər sakini Elsevər Usubalıyevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və virusun yayılmasına şərait yaradıb.Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb və bu barədə müvafiq səhiyyə qurumlarına məlumat verilib.

E.Usubalıyev barəsində Şamaxı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti