...

İki ayda 6 mülki şəxs minaya düşüb

Gündəm Materials 1 Mart 2022 12:35 (UTC +04:00)
İki ayda 6 mülki şəxs minaya düşüb

Bakı. Trend:

Rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2022-ci ilin fevral ayında 2 hadisə nəticəsində 3 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyindən Trend-ə verilən məlumata görə, nəticədə bir mülki şəxs kasetli silah qalığının partlamasından həlak olub və iki mülki şəxs isə piyada əleyhinə mina partlamasından yaralanıb.

"2022-ci ilin fevral ayında minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Yevlax və Təttər rayonlarının ərazisində baş verib.

Ümumilikdə 2022-ci ilin ilk iki ayında 6 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb", - açıqlamada deyilir.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi mülki əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti