...

11 il həbs cəzası alan keçmiş icra başçısı apellyasiya şikayəti verib

Gündəm Materials 6 Aprel 2022 13:02 (UTC +04:00)
11 il həbs cəzası alan keçmiş icra başçısı apellyasiya şikayəti verib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Biləsuvar rayonunun həbsdə olan sabiq icra başçısı Mahir Quliyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

Trend-in məlumatına görə, şikayət Şirvan Apellyasiya məhkəməsinə təqdim edilib. Yaxın vaxtlarda şikayət icraata götürüləcək.

Xatırladaq ki, sabiq icra başçısı 2020-ci il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.

İstintaq orqanı tərəfindən Mahir Quliyevə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Mahir Quliyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti