Bakı. Trend:
Ali məktəblərdə birinci ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin sayı artıb, II qrup üzrə dövlət sifarişli yerlərin sayı isə azalıb.
Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, buna səbəb bəzi ixtisasların III qrupa keçməsi ilə əlaqədardır.
"Ümumi yerlərin sayı 4,65% artıb. Bu, hələ təsdiqlənməmiş rəqəmlərdir. Müsabiqə vəziyyəti III və IV qruplar üzrə həmişə olduğu kimi daha gərgin olacaq", - deyə M. Abbaszadə əlavə edib