...

İstifadəyə yararsız döyüş sursatları növbəti dəfə utilizasiya ediləcək

Gündəm Materials 25 Aprel 2022 17:46 (UTC +04:00)
İstifadəyə yararsız döyüş sursatları növbəti dəfə utilizasiya ediləcək
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, döyüş sursatlarının utilizasiya prosesi 26.04.2022-ci il tarixdən 30.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti