Bakı. Trend:
Azərbaycan COVID-19 dövründə qabaqlayıcı tədbirlər görərək pandemiyanın nəzarətdə saxlanılmasında vacib rol oynadı.
Bunu Trend-ə özəl açıqlamasında BMT Baş Assambleyasının keçmiş prezidenti Maria Fernanda Espinosa deyib.
“Azərbaycan bu dövr ərzində digər ölkələrlə həmrəylik sərgiləyərək nümunə oldu. Bununla yanaşı pandemiyanın nəzarətdə saxlanılması üçün vaxtında və düzgün qərarlar qəbul etdi. Bu səbəbdən düşünürəm ki, Azərbaycan bu istiqamətdə çox uğurlu addımlar atıb”, - deyə M.Espinosa əlavə edib.