...

Baş nazir Əli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşüb

Gündəm Materials 17 İyun 2022 16:27 (UTC +04:00)
Baş nazir Əli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 17-də Qətər Dövlətinin mədəniyyət naziri Abdülrəhman bin Həməd Al Tani ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, görüşdə IX Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulandı, Qətərin tədbirdə yüksək səviyyədə təmsil olunması təqdir edildi.

Azərbaycan-Qətər münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf etdiyi məmnunluqla vurğulandı. İki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində mövcud olan səmərəli əməkdaşlıq qeyd edildi.

Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi təşkilatın məqsədlərinin təşviq olunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsi istiqamətində gördüyü işlər diqqətə çatdırıldı.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə danışan Baş nazir 30 il işğal altında qalan və 44 günlük Vətən müharibəsi nəticəsində azad olunun əzəli Azərbaycan torpaqlarında hərbi cinayətlərin, urbisid, kultursid və ekosidin törədildiyini bildirdi. Vurğulandı ki, həmin ərazilərdə Azərbaycan xalqının mədəni və dini irsi məhv edilib, dini abidələrimiz, məscidlərimiz dağıdılıb, yandırılıb və təhqir olunub.

Görüşdə, həmçinin Azərbaycan ilə Qətər arasında elm, təhsil, mədəniyyət və turizm sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi qeyd edildi, müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti